“Sumqayıt” qapıçı problemini həll etdi. Mehdi Cənnətovun “Zirə”yə keçidindən sonra yalnız Aydın Bayramovun ümidinə qalan “kimyaçılar”ın yeni transferi “Qəbələ”dəndi.
Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi ilə müqaviləsi başa çatan Tərlan Əhmədli Sumqayıta köçür. Anar Nəzirovun əvəzedicisi olmaqdan usanan 26 yaşlı qolkiper “Sumqayıt”da “1 nömrə” olmaq üçün rəqabətə girəcək.
Tərəflər bütün məsələlrdə razılığa gəlib. Sabah rəsmi müqavilə bağlanacaq.