“Sumqayıt” komandası 2021/22 mövsümünün hazırlığına start verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Ayxan Abbasovun rəhbərliyi ilə Sumqayıt şəhər stadionunda məşqlərə başlayıb.

“Sumqayıt” ötən mövsümü Premyer Liqada 3-cü sırada bitirib. “Kimyaçılar” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq.

“Sumqayıt” “Çukariçki” ilə ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

Shares: