“Keşlə” şimali makedoniyalı futbolçu İlirid Ademini transfer edib. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, sol cinah yarımmüdafiəçisi ilə bütün məsələlərdə razılıq əldə olunub.
Bakı klubunun futbolçu ilə yalnız rəsmi müqaviləyə qol çəkməsi qalıb. 26 yaşlı Ademi hazırda azad agentdir. Onun son klubu “Şkupi” olub.
Ademi həm forvard, həm də sol vinger kimi oynaya bilir. Onun yaxın günlərdə Bakıya gəlib sözləşməyə qol çəkəcəyi gözlənilir.
Qeyd edək ki, İlirid Ademi ötən mövsüm Avropa Liqasının birinci təsnifat mərhələsində “Şkupi”nin heyətində “Neftçi”yə qarşı çıxış edib. Məhz bundan sonra Ademi “Keşlə” klubunun diqqət mərkəzinə düşüb.