Şimali Makedoniyalı futbolçu İlirid Ademi “Keşlə”yə transferi barədə danışıb. Futbolinfo.az-a açıqlama verən futbolçu hələ məsələnin rəsmiləşmədiyini bildirib:

“Hələ ki, rəsmi bir şey yoxdur. Onlar mənim klubum “Şkupi” ilə danışmışdılar. Hazırda isə mən azad agentəm. Növbəti günlərdə nə olacağını görəcəyik. Lakin Bakı klubundan “Şkupi”yə təklif göndərilmişdi. Həmin vaxt mən orda çıxış edirdim”.

Qeyd edək ki, “Keşlə”nin İlirid Ademi ilə artıq anlaşdığı barədə öncəki yazıda məlumat vermişdik.

Shares: