“Qarabağ”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, toplanışın ilk mərhələsi Bakıda keçiriləcək. Paytaxtda 2 yoxlama oyunu nəzərdə tutulub. Ağdam təmsilçisi iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.

Toplanışın ikinci mərhələsi Avstriyada baş tutacaq. 12 günlük hazırlıq müddətində 3 yoxlama oyunu planlaşdırılır. Komanda iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-nə nəzərdə tutulan oyunda isə rəqib isə Rusiya “Arsenal”ı (Tula) olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.

Shares: