AÇ-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən danimarkalı futbolçu Kristian Eriksenə kardioverter-defibrillyator (İCD) qoyulacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Eriksen həkimlərlə məsləhətləşdikdən sonra əməliyyata razılıq verib və ona kardioverter-defibrillyator qoşulacaq.

Eriksen ömrünün sonuna kimi bu cihazla yaşamalı olacaq.

Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Shares: