AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Ukrayna – Şimali Makedoniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Ukrayna yığmasının hücumçusu Andrey Yarmolenko bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu bu görüşdə qazandıqları qələbədə əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:1 hesabıyla qalib gəldiyi görüşdə kapitan Yarmolenko bir qol vurub, digər qolda da məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Yarmolenko hazırda İngiltərənin “Vest Hem” klubunun formasını geyinir.