AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Ukrayna – Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Avstriya yığmasının yarımmüdafiəçisi Florian Qriliç bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, Ukrayna – Avstriya matçı 0:1 hesabıyla başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp