AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Finlandiya – Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Breyne bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə (2:0) qazanmasında pay sahiblərindən biri olub. Komandasının vurduğu ikinci qolun məhsuldar ötürməsini məhz De Breyne verib.

Kevin De Breyne İngiltərənin “Mançester Siti” klubunun formasını geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp