“Sabah” yeni sezonun hazırlıqlarına iyulun 1-də start verəcək. Futbolinfo.az xəbər verir ki, Masazır təmsilçisi çalışmalarına doğma məkanda başlayacaq.

İki həftə burada hazırlıq keçəçək komanda daha sonra ölkə xaricinə çıxacaq.

Premyer Liqa təmsilçisi, böyük ehtimalla, Gürcüstana yollanacaq. Çünki bu ölkədən “Sabah”a təklif gəlib.

Ramin Quliyevin baş məşqçisi olduğu kollektiv burada təşkil ediləcək beynəlxalq turnirdə qüvvəsini sınamağa dəvətlidir. (Sportinfo)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp