“Real”la yollarını ayıran Serxio Ramos karyerasını Fransada davam etdirməyə yaxındır.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi PSJ ilə razılıq əldə edib.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Ramosun PSJ-yə keçəcəyi ilə bağlı keçmiş komanda yoldaşlarına məlumat verdiyi bildirilib.

Ramos “Real”la müqaviləsini yeniləməyib və hazırda azad agentdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp