Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi avstriyalı yarımmüdafiəçi Peter Julu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında “32” nömrəli formanı geyinəcək.

Müqavilə ilə Belçikanın “Anderlext” klubuna məxsus olan Jul, geridə qalan mövsümün ikinci dövrəsini məhz Türkiyədə, icarə əsasında “Göztəpə”də keçirib. O, bu komandanın heyətində Super Liqa çərçivəsində 16 matça çıxıb, 4 qol vurub.

Peter Jul daha öncə “Rapid”, “Qrödiq”, “Hartberq”, “Volfsberger”, “Admira Vakker”, “Rid” və “Şturm Qraz” klublarının da formasını geyinib. Yarımmüdafiəçi Avstriya yığmasında da 10 oyuna çıxıb.

Shares: