“Qarabağ”ın sabiq futbolçusu Dani Kintana karyerasını Polşada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Yagelloniya” klubuna keçib. Bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Dani ilə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Dani daha əvvəl 2013/14 mövsümündə “Yagelloniya”da çıxış edib. İspan futbolçu 2015-2020-ci illər aralığında Azərbaycanda “Qarabağ”ın uğurları üçün çalışıb.

“Qarabağ”ın sabiq futbolçuları Mahir Emreli və Yakub Jezniçak da Polşada çıxış edir. Emreli “Legiya”nın, Jezniçak isə “Visla”nın uğurları üçün çalışır.

Shares: