“Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli klubun rəsmi saytına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, o, hazırlıq prosesindən və yeni mövsüm üçün hədəfləri barədə danışıb:

“Məşqlərimiz bir həftədən çoxdur ki, başlayıb. Hazırlıq gərgin və maraqlı keçir. Hər birimiz məşqlərə həvəs və məsuliyyətlə yanaşırıq. Yeni mövsümə çox istəkli hazırlaşırıq. Uzun müddətdir oyunlara çıxmırıq. Yoxlama görüşlərinə qədər fiziki vəziyyətimizi düzəltməyə çalışacağıq. Yeni mövsümdə Premyer Liqada çempion olmaq üçün mübarizə aparacağıq. Konfrans Liqasında da artıq rəqibimiz məlumdur. İlk dəfə təşkil ediləcək turnir bizim üçün də maraqlıdır. Ümid edirəm ki, bu yarışda uğurlu çıxış edəcəyik”.

Shares: