Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi ötən mövsümü “Gənclərbirliyi”ndə keçirmiş Sefa Yılmazla anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
1990-cı ildə Almaniyada dünyaya gəlmiş Sefa, futbola Berlin “Borussiya”sında başlayıb, daha sonra “Volfsburq”un əvəzedicilərdən ibarət komandasında çıxış edib. İlk peşəkar klubu “Duysburq” olan vinger, Türkiyəyə 2011-ci ildə üz tutub. O, burada “Kayserispor”, “Trabzonspor”, “Alanyaspor”, “Qaziantepspor”, “Boluspor” və “Altınordu” klublarında çıxış edib. Karyerası ərzində bütövlükdə 406 matça çıxan Sefa Yılmaz, 63 qola imza atıb, 50 məhsuldar ötürmə müəllifi olub.