“Sumqayıt” “Qəbələ”nin daha bir futbolçusunu transfer edir. Qapıçı Tərlan Əhmədlini və müdafiəçi Yusif Nəbiyevi sıralarına qatan “kimyaçılar” tezliklə Roman Hüseynovla müqavilə bağlayacaq.
Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisində heyətə düşməkdə çətinlik çəkən Romanla yeni anlaşma imzalanmamışdı. Fürsətdən istifadə edən “Sumqayıt” yarımmüdafiəçini sıralarına qatıb. Hüseynova əsas heyət üzvü gözü ilə baxılmayacaq, lakin şansdan istifadə etmək futbolçunun özündən asılıdı.
Transferin yaxın saatlarda açıqlanması gözlənilir.