“Keşlə” heyətini gücləndirməkdə davam edir.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu anqolalı hücumçu Aldair Sapalo Amaro Netonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Netonun son klubu Şimali Makedoniyanın “Pelister” komandası olub. O, daha öncə “Şkendiya”, “Banqos Siti”, “Qafanya”, “Maritimo” (B), “Fatima” və “Oeyras” kimi komandalarda da forma geyinib.