“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin zədələnib.
Futbolinfo.az xəbər verir ki, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi bu gün Sloveniyanın “Domjale” klubu ilə yoxlama matçında sıradan çıxıb.
Bu oyunda komandasının start heyətində meydana çıxan futbolçu qasıq nahiyyəsindəki ağrılar səbəbindən 36-cı dəqiqədə Ömər Buludovla əvəzlənib. 24 yaşlı oyunçunun zədəsinin nə dərəcədə ciddi olduğuna qarşıdakı günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Neftçi” “Domjale” ilə oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.