İngiltərənin “Vulverhempton” klubu qapıçısı Con Raddi ilə müqavilənin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı ingilis qolkiper bir illik yeni müqaviləyə imza atıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti iyunun 30-na kimi idi.

Con Raddi 2017-ci ildən “Vulverhempton”un uğurları üçün çalışır. İngiltərə millisində də oynamış təcrübəli qolkiper, Premyer Liqa təmsilçisinin heyətində 66 oyuna çıxıb. O, əvvəllər “Norviç Siti, “Everton” kimi klubların da formasını geyinib.

Shares: