UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” matçının təyinatları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, oyun İsraildən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim David Fuksman olacaq. Ona Nati Dotan və Matityahu Yakobov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək. UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Uilyam Yanq (Şotlandiya) olacaq.

Bu komandalar arasında cavab matçı iyulun 14-ü 8-ci km stadionunda keçiriləcək və saat 21:00 start götürəcək.

Shares: