Braziliyada təşkil olunmuş futbol üzrə Amerika Kuboku davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün A qrupu çərçivəsində daha iki görüş baş tutub.
Uruqvay yığması Boliviya seçməsi ilə qarşılaşıb və inamlı qələbə sayəsində qrupdan çıxmağı təmin edib.
Qrupun digər matçı Çili və Paraqvay yığmaları arasında baş tutub. Bu oyunda da paraqvaylılar iki cavabsız qolla üstün olublar.
Amerika Kuboku
A qrupu
25 iyun
Boliviya – Uruqvay 0:2
Qol: Kinteros, 40-öz qapısına. Kavani, 79.
Çili – Paraqvay 0:2
Qol: Samudio, 33. Almiron, 58.
Argentina – 7, Paraqvay – 6, Çili – 5, Uruqvay – 4, Boliviya – 0.