Rusiyanın “Ximki” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son klubu “Olimp-Dolqoprudni” olan azərbaycanlı futbolçu İlya Sadıqovla müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Ximki”də daha bir azərbaycanlı futbolçu – Kamran Əliyev də çıxış edir.
“Ximki” Premyer Liqada ötən mövsümü 8-ci sırada bitirib.
İlya ötən mövsüm “Olimp-Dolqoprudni” ilə 25 oyunda 4 qol vurub. Bu komanda Peşəkar Futbol Liqasının qalibi olub və 2021/22 mövsümündə Milli Futbol Liqasında (səviyyəcə ikinci liqa) iştirak hüququ qazanıb. “Neftçi”nin sabiq futbolçsu Samir Məsimov da bu komandanın üzvüdür.