Fransa milli komandasının daha iki futbolçusu sıradan çıxıb.

Futbolinfo.az xəbər verir ki, yığmanın yarımmüdafiəçiləri Tomas Lemar və Markus Türam zədələnib.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Hər iki futbolçu komandanın məşqində zədələnib. Türam və Lemarın son durumu tibbi müayinədən sonra bilinəcək.

Fransa millisində bundan əvvəl Luka Din və Lukas Hernandes zədələnmişdi.

Fransa yığması AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində iyunun 28-də İsveçrə ilə qarşılaşacaq.

Shares: