Serbiyanın “Çukariçki” komandasının baş məşqçisi Duşan Corceviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Sumqayıt” barədə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bunları söyləyib:
“Rəqibimizi ciddi analiz edəcəyik. Bütün komandalara hörmətlə yanaşırıq. “Sumqayıt” barədə ilkin məlumatlarımız var. Mümkün olan bəzi informasiyaları əldə etmişik. Meydana hansı oyun fəlsəfəsi ilə çıxdıqlarını, necə oynadıqlarını bilirik. Qarşıda hələ kifayət qədər vaxtımız var. Hələlik özümüz barədə düşünürük”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə 29-da Azərbaycanda olacaq.