İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres fransalı mütəxəssis Zinəddin Zidanla bağlı açıqlama verib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Peres, Zidanın Fransa yığmasına rəhbərlik etmək istədiyini deyib:
“Zidan Fransa millisinə rəhbərlik etmək istəyir. Əminəm ki, o, böyük uğurlar qazanacaq. “Real”a qayıtmaq istəsə, sevinərəm. Bura onun ikinci vətənidir”.
Zidan ötən mövsümdə “Real”ı çalışdırıb. Fransalı mütəxəssis hazırda işsizdir.