Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi sol cinah yarımmüdafiəçisi Oğuz Aydını transfer edib.
“Bucaspor”dan transfer olunan 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Vinger yeni komandasında “70” nömrəli formanı geyinəcək.
Niderlandda dünyaya gələn Oğuz Aydın, 2018-ci ildən “Bucaspor”da çıxış edirdi. O, qısa müddət “Karacabey Belediyesspor”da da icarədə oynayıb.