Türkiyənin “Antalyaspor” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Doğukan Nelik ilə yarımmüdafiəçi Ersin Zehiri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Doğukan Nelik “Akhisarspor”dan transfer olunub. 21 yaşlı mərkəz müdafiəçisi məhz Akhisar təmsilçisinin yetirməsidir.

Ersin Zehir isə Almaniyanın “Lübek” klubundan gəlib. 23 yaşlı yarımmüdafiəçi Almaniya vətəndaşlığını daşıyır. O, peşəkar karyerasına da məhz bu ölkənin “Sankt-Pauli” klubunda başlayıb.

Shares: