“Sumqayıt”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Serbiya “Çukariçki”si Sloveniyada təlim-məşq toplanışına başlayıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda burada dörd yoxlama matçı keçirəcək.

Serbiya klubunun rəqiblərindən biri eyni mərhələdə “Qarabağ”a qarşı oynayacaq İsrail “Aşdod”u olacaq. Bu komandaların görüşü iyulun 7-də baş tutacaq.

Qeyd edək ki, “Çukariçki” Sloveniyanın “Radomlje” və “Olimpiya”, Rusiyanın “Arsenal” (Tula) klubları ilə də yoxlama oyununda üz-üzə gələcək.

Shares: