Futbol üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, ilkin mərhələnin finalında Kosovo çempionu “Priştina” Andorranı təmsil edən “İnter Klub Eskaldes” ilə üz-üzə gəlib.

Kosovo çempionu bu oyundan inamlı qələbə ilə ayrılıb. Nəticədə, “Priştina” ÇL-in 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Sözügedən komanda bu mərhələdə Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşacaq.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, final
25 iyun

Priştina (Kosovo) – İnter Klub Eskaldes (Andorra) 2:0
Qol: Krasniçi, 45; 58.

Shares: