“Qarabağ” futbolçusu Ovusu Kvabenanı Türkiyənin “Ankaragücü” klubuna icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, bu haqda qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.

O, bununla bağlı iki klub arasında razılıq əldə olunduğunu deyib. 24 yaşlı qanalı yarımmüdafiəçi bugünlərdə Türkiyəyə gedərək Ankara təmsilçisində tibbi müayinədən keçəcək, sonra 1 illik icarə müqaviləsinə imza atacaq.

Qeyd edək ki, ötən mövsümün yekununda Superliqada yerini itirən “Ankaragücü” 2021/22 mövsümündən 1-ci liqada mübarizə aparacaq.

“Qarabağ” İspaniyanın “Kordoba” klubundan transfer etdiyi Ovusu 2019-cu ildən Ağdam klubunda oynayır.

Xatırladaq ki, futbolinfo.az Ovusunun Türkiyə klubuna icarəyə veriləcəyini hələ bir müddət əvvəl yazmışdı.

Shares: