Futbol üzrə Azərbaycan millisinin və Polşanın “Legiya” klubunun hücumçusu Mahir Emreli polyak dilini öyrənməyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli “TVP Sport” nəşri yazıb.
Bildirilib ki, 24 yaşlı hücumçu ölkəyə daha yaxşı uyğunlaşmaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmək üçün bu fikrə düşüb.
Onun tez-tez komanda yoldaşlarından polyak dilində sözlər soruşduğu qeyd olunub.
Mahir Emreli “Legiya” ilə 3+1 illik müqavilə ilə imzalayıb.