İngiltərə milli komandasında baş məşqçi Qaret Sautqeytə yeni müqavilə təklif olunacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) icraçı direktoru Mark Bullinqem “The Times” nəşrinə açıqlamasında deyib:

“Sautqeytlə müqaviləni yeniləmək istəyirik. Möhtəşəm iş görür və bizim ona etimad etdiyimizi bilir. AÇ-2020-dən sonra onunla danışıqlara başlayacağıq”.

Sautqeyt 2016-cı ildən İngiltərə yığmasını çalışdırır. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

İngiltərə milli komandası AÇ-2020-nin 1/8 final mərhələsində Almaniya ilə qarşılaşacaq. Oyun iyunun 29-da keçiriləcək.

Shares: