Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Qarabağ” və “Keşlə” komandaları bu gün yoxlama oyunununda üz-üzə gəlib.

Futbolinfo.az xəbər verir ki, yeni mövsümə hazırlığı Bakıda davam etdirən komandalar “Azərsun Arena”da üz-üzə gəliblər.

Oyun Ağdam təmsilçisinin aşkar üstünlüyü şəraitində keçib. Qurban Qurbanovun yetirmələri sonda 7 cavabsız qola seviniblər.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında İsrailin “Aşdod”, “Keşlə” isə Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq.

Yoxlama oyunu
26 iyun

Qarabağ – Keşlə 7:0
Qollar: Abdullah Zubir, 22. Xayme Romero, 28; 30. Musa Qurbanlı, 44; 47. Kadi Malinovski, 61. Hüseyn Hüseynzadə, 88.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp