Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, 5-ci yer uğrunda mübarizə aparmaq üçün İsveçrə yığması ilə qarşılaşan komandamız 5:6 hesabı ilə məğlub olub.

Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev, Amid Nəzərov, Elçin Qasımov və Ramil Əliyev fərqlənib.

Komandamız 7-8-ci yer uğrunda İtaliya millisi ilə qarşılaşacaq. Sözügedən qarşılaşma bu gün baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp