“Qarabağ” yarımmüdafiəçisi Filip Ozobiç ilə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildir.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır. 30 yaşlı futbolçu ondan öncə iki il “Qəbələ”nin də formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp