“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi “Olimpiakos” yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, Pirey təmsilçisi Avstriyanın “Volfsberq” komandası ilə qarşılaşıb.

Görüş yunanların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Matçdakı yeganə qolu 62-ci dəqiqədə Hassan Koka vurub.

“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tiflis) komandası ilə qarşılaşacaq. Cütün qalibi 2-ci mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp