İtaliya milli komandası AÇ-2020-nin 1/8 final mərhələsində Avstriyanı məğlub edib.

Futbolinfo.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə maraqlı göstərici qeydə alınıb.

Belə ki, İtaliya millisinin ilk qolunu Federiko Kyeza vurub. Kyeza 1996-2001-ci illər aralığında İtaliya yığmasında çıxış edən Enriko Kyezanın oğludur. Enriko da AÇ-1996-da qol vurmağı bacarıb.

Enrike və Federiko Kyeza Avropa çempionatının matçlarında fərqlənməyi bacaran ilk oğul və ata olublar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp