Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında Niderland və Çexiya yığmaları üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutan görüş çexlərin qələbəsi ilə yekunlaşıb – 2:0.

Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında qarşılaşacaq hər iki komandanın adına aydınlıq gəlib. 1/4 finala vəsiqəni bir gün əvvəl təmin etmiş Danimarka yığması Bakıda Çexiya yığması ilə üz-üzə gələcək. Çexiya – Danimarka matçına saat 20:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp