AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Belçika – Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Çexiya yığmasının yarımmüdafiəçisi Torqan Hazard bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. Belə ki, belçikalıları 1/4 finala çıxaran yeganə qolu da rəqib qapısından məhz Torqan vurub.

Qeyd edək ki, Belçika – Portuqaliya matçı 1:0 hesabıyla başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp