Futbol üzrə Portuqaliya milli komandasının müdafiəçisi Pepe Avropa çempionatlarının tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi pley-off mərhələlərində forma geyinmiş ən qoca oyunçu (qapıçılar xaric) ünvanına sahib çıxıb.

O, buna 38 yaş 121 günündə ikən Belçikaya qarşı keçirdikləri 1/8 final oyununun start heyətində yer almaqla nail olub.

Qeyd edək ki, Portuqaliya yığması bu oyunda 0:1 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp