Futbol üzrə Belçika milli komandasının futbolçusu Kevin de Breyne zədələnib.

Futbolinfo.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi AÇ-2020-nin 1/8 final mərhələsinin Portuqaliya ilə matçında sıradan çıxıb.

De Breyne zədə səbəbilə meydanı tərk edib. Yarımmüdafiəçi qarşılaşmanın 48-ci dəqiqəsində Dris Mertenslə əvəzlənib.

Kevinin son durumu tibbi müayinədən sonra bilinəcək.

Belçika Portuqaliyanı 1:0 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib. Komanda bu mərhələdə İtaliya seçməsi ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp