AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya – İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, İspaniya yığmasının yarımmüdafiəçisi Serxio Buskets bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib.

Qeyd edək ki, Xorvatiya – İspaniya matçı 3:5 hesabıyla başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp