“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir. Futbolinfo.az xəbər veirr ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komanda təlim-məşq toplanışının 10-cu gününü də geridə qoyub.

Toplanış çərçivəsində iyunun 21-də Sloveniyanın “Olimpiya” (1:1), 24-də isə “Domjale” (1:2) klubları ilə qarşılaşan “Neftçi”, bu gün – ayın 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək. Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-də Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab matçı isə iyulun 14-də saat 21:00-da “Bakcell Arena”da baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp