Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Boliviyaya qarşı keçirdikləri oyun Argentina yığmasının hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin milli komandasında 148-ci matçına çıxıb.

Bununla da İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Argentina millisinin rekordçusuna çevrilib. Ona qədər Argentina yığmasında ən çox oyun keçirmiş futbolçu Xavyer Maskerano idi – 147 oyun.

Qeyd edək ki, Argentina yığması Boliviyaya 4:1 hesabıyla qalib gələrək qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Bu oyunda komandasının iki qolunu məhz Messi vurub. Bununla da o, millidə vurduğu qolların sayını 75-ə çatdırıb.

Argentina 1/4 finalda Ekvadorla üz-üzə gələcək. Bu görüş iyulun 4-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp