Futbol üzrə İsveçrə yığması 67 illik həsrətə son qoyub.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda buna AÇ-2020-nin 1/8 finalında Fransa yığmasını mübarizədən kənarlaşdırmaqla nail olub.

Məsələ burasındadır ki, İsveçrə yığması çoxdan idi böyük turnirlərdə ən güclü 8 komanda arasında yer ala bilmirdi. Bu komanda sonuncu dəfə DÇ-1954-ün 1/4 finalında mübarizə aparmaq hüququ qazanmışdı.

Qeyd edək ki, Fransa – İsveçrə matçının əsas və əlavə vaxtı 3:3 hesabıyla başa çatıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 5:4 hesabıyla qalib gələn isveçrəlilər böyük sürprizə imza ataraq fransızları mübarizədən kənarlaşdırıblar.

İsveçrə yığması AÇ-2020-nin 1/4 finalında İspaniya ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp