“Sabah”ın yay hazırlıq planı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Komanda iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda baş tutacaq.

İyulun 15-də Gürcüstanın Tiflis şəhərinə yollanacaq “ağ-göylər”, iki həftə bu ölkədə hazırlıq keçəcək.

Bakıda 2, Tiflisdə isə 4 sınaq matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə məlumat veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp