“Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadə Birləşmiş Ərəb Əmirlikləri klubundan dəvət alıb. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, həmin klub Bakı təmsilçisinə futbolçusu üçün rəsmi təklif göndərib.

Mustafazadə özü isə saytımıza açıqlamasında məsələ barədə bunları deyib: “Mən “Sabah”ın futbolçusuyam. Klubla müqaviləm var. Buna görə hər hansı təklif olsa, klub rəhbərliyinə ediləcək. Özüm gələn təkliflə bağlı danışmağı düzgün hesab eləmirəm. Əminəm ki, hansısa təklif olsa, klubum mənimlə bağlı ən düzgün qərarı verəcək. Yaxşı olardı ki, bu barədə klubla əlaqə saxlayasınız. Çünki hər hansı rəsmi təklif olduqda, klub rəhbərliyinə edilir. Mənim məlumatım yoxdur”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp