“Sabah”ın futbolçusu Ozan Can Kökcü Türkiyə birinci liqa təmsilçisi “Eyüpspor” klubunun diqqət mərkəzində olsa da, bu keçid alınmayıb. Bu barədə futbolinfo.az-a qardaş ölkə təmsilçisinin vitse-prezidenti Fatih Kulaksız məlumat verib.

O bildirib ki, transfer məbləğində Bakı klubu ilə razılıq əldə edilməyib: “Onu transfer etmək istədik. İcarə olaraq deyil birədəfəlik heyətə qatmaq istəyirdik. Lakin transfer məbləğində qarşı tərəflə razılaşa bilmədik”.

Qeyd edək ki, Ozan Can Kökcü ötən mövsümü icarə əsasında Niderland birinci liqa təmsilçisi “Telstar”ın heyətində keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp