Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Barselona” klubundan Konrad De La Fuenteni transfer edib.
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, amerikalı futbolçu “Barselona”nın yetirməsidir. O, ötən mövsüm Kataloniya klubunun əsas komandasında debüt edib. Vinger artıq ABŞ yığmasına da dəvət alır.