Azərbaycanlı futbolçu Azər Əliyev Rusiyada klubunu dəyişib.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Ufa” klubuna keçib.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Əliyevlə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Azər daha əvvəl – 2018-ci ilin avqustundan 2021-ci ilin fevralına qədər “Ufa”da çıxış edib. Yarımmüdafiəçi bu ilin fevralında “Tambov”la mövsümün sonuna qədər müqavilə imzalamışdı.

Əliyev yeni klubuna azad agent kimi keçib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp